Şrift:
Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa məktəbinin yadda qalan anları
27.05.2014 [10:36] - Xəbərlər, Mədəniyyət
Keçən il Cabir poeziya günlərini Bakıdakı Avropa Azərbaycan Məktəbi açdı. Məktəbin bir qrup şagird və müəllimi mayın 25-də Şamaxı səfərinə çıxdı.Əvvəlcədən səfərin proqramı Şamaxı Rayon Təhsil Şöbəsi ilə razılaşdırılmışdı. Məqsədimiz Şamaxı ədəbi mühitinin görkəmli nümayəndələrinin qəbirlərini ziyarət etmək, burada M.Ə.Sabiri xatırladan yerləri tanımaq idi. İlk görüşümüz Şamaxıdakı Avropa Liseyində oldu. Bu lisey təhsil tariximizdə XIX əsrin ilk yeni üsullu məktəblərindən biri kimi tanınan məşhur "Məclis məktəbi"nin yerində tikilmişdir.

"Məclis məktəbi" o vaxtlarda Şamaxıda qazı işləyən Səid Ünsizadə (1825-1905) tərəfindən 1874-cü ildə açılmışdır. Bir sıra tədqiqatçılar məktəbi S.Ə.Şirvaninin məktəbi kimi tanıyır, hətta bəzən hissə qapılaraq onu məktəbinin yaradıcısı hesab edirlər.S.Ünsizadə sonralar "Ziya","Ziyayi-Qafqasiyyə" qəzetlərinin naşıri və imtiyaz sahibi, bir neçə dərslik müəllifi, Tiflisdə Azərbaycandilli ilk iri litoqrafiya-mətbəə yaratmışdır
"Məclis məktəbi"nin açılışına Azərbaycan ədəbiyyat və mədəniyyətinə böyük qayğısı ilə tarixə düşən Bakı qubernatoru D.S.Staroselski əmr vermişdir.D.S.Staroselski Bakı qubernatorluğundan sonra TiflisəQafqaz Canişinliyinə rəhbər vəzifəyə təyinat almışdır. D.S.Staroselski ilə yaxşı dostluq və işgüzarlıq münasibətləri olan Səid və Cəlal Ünsizadə qardaşları iri miqyaslı maarifçilik işlərini həyata keçirmək üçün keçmiş Bakı qubernatorunun ardınca Tiflisə üz tutmuşlar. Ünsizadə qardaşları _Səid əfəndi və "Məclis məktəbi"ndə müəllim işləyən Cəlal əfəndi Tiflisə gedəndən sonra məktəbin bütün ağırlığı burada ana dili və şəriətdən dərs deyən S.Ə.Şirvaninin üzərinə düşmüşdür. S.Ə.Şirvaninin Tiflisə- Səid Ünsizadəyə yazdığı məktublarda "Məcilis məktəbi"nin üzləşdiyi ağır iqtisadi çətinliklərdən dəfələrlə söz açılsa da,vətəndən uzaq düşən Ünsizadıələr məktəbin maddi yardım məsələlərinə maddi köməklik göstərə bilməmişlər. S.Ə.Şirvani S.Ünsizadəyə göndərdiyi məktublarında " Siz Şamaxıda olarkən binagüzarlıq etdiyiniz məktəb" ifadəsini bir neçə dəfə işlətmişdir. "Məclis məktəbi"də tək qalan S.Ə.Şirvani kömək üçün yaxşı tanıdığı Həsən bəy Zərdabi Məlikova da "Qafqaz müsəlmanlarına xitab" kimi tanıdığımız şeiri ilə müraciət etmişdir. O, mənzum məktubunda məktəbin tarixindən, buradakı dərs deyən müəllimlərdən, yaxşı niyyətlə yaradılmış bu təhsil ocağının proqram materiallarının yeniliyindən söz açırdı. Ruhani məclislərində müxtəlif fikir ayrılıqları yarandığına görə məktəbə qayğı azalır,məsul din xadimləri və varlı yerli əhali yaxasını kənara çəkirdi. Ünsizadə qardaşlarından sonra təhsil ocağına rəhbərlik edən S.Ə.Şirvani məktəbin maddi çətinliklərini Zaqafqaziyanın ali din xadimlərinə-salyanlı şeyxülislam Əhməd bəy Hüseynzadəyə və şamaxılı müfti Əbdülhəmid Əfəndizadəyə çatdırmağı Həsən bəy Zərdabidən xahiş edir, özünün dediyi kimi "millət xadimləri"ni "Məclis məktəbi"nə köməklik göstərməyə çağırırdı:

...var idi bizdə nadanlıq,
Bizə üz verdi çox pərişanlıq.

İndi Şirvanda açmışıq məktəb,
Dərsimiz rusü türkü farsü ərəb

Zəhmtim çoxdur,heç nəfim yox,
Leyk həqqə ümidvarəm çox

Kim,bu zəhmətlər olmayə zaye,
Bəlkə bu macəra ola saye.

Şeyxülislamü müftyi - islam,
İKİSİ BİR OLUB EDƏ ƏNCAM,

Cünki bunlar rəisi-millətdir,
Mədəni - lütfiü kani -qeyrətdir...(qeyrət mədənidir-N.N.).

Seyyida,bəsdi,nəzmi qıl kütah (qısa -N.N.),
Xatirin cəm qıl ki,inşallah,

Şeyxülislamü müftiyi-xoşnam,
Məktəbin əmrinə edər əncam...


Bu il "Məclis məktəbi"nin 140 yaşı tamam olur.Məktəbin tarixi yubileyini təntənəli şəkildə keçirmək lazımdır. Bu məktəb uzun müddət qədim Şirvanın ən mötəbər məktəblərindən biri olmuşdur. S.M.Qənizadə, Ə.Tahirzadə ( M.Ə.Sabir) kimi məşhur söz ustaları bu məktəbdə oxumuşlar. Bu məktəb bizim ailə məktəbimizdir.Babam bu məktəbdə S,Ə.Şirvanidən dərs alıb.Atam da bu məktəbin məzunudur.


Cəmo Cəbrayılbəyli, Püstəxanım Yüzbaşinskaya,Hidayət Əfəndiyev kimi görkəmli alimlərin ilk pedaqoji təcrübələri bu məktəblə ilgilidir.
Keçən il biz Şamaxıda olarkən "Məclis məktəbi"nin bünövrə və ideya varisi olan Şamaxı Avropa Liseyində maraqlı müəllim və şagirdlərilə dostlaşdıq. Məktəbin direktoru Türkiyədə olduğuna görə onu görə bilmədik. Tədbirdən onun xəbəri var idi.Telefonda üzrxahlıq etmişdi. Biz Şamaxıda olan gün o,Türkiyə universutetlərinin birində Azərbaycan təhsilinə aid pedaqoji mühazirə oxumalı idi. Müəllimlərlə söhbət zamanı hiss etdik ki,məktəb təhsil ocağı kimi respublikanın sayılan,seçilən məktəblərindəndir.Burada bütün fənlərin tədrisiyaxşı təşkil edilmişdir.Amma mənə elə gəldi ki,şagirdlərinAzərbaycan dili və ədəbiyyatına meyilləri daha çoxdur. Fikrimin təsdiqi kimi indi TQDK-nın "Mənim məktəbim" səhifəsini açdım.: "Ötən ilin(2012-ci ilin - N.N.)qəbul kampaniyasına nəzərənson qəbul kampaniyasında (2013-cü ildə)ana dili, ədəbiyyat, tarix,ingilis dili fənləri üzrə düzgün cavabların sayının artması və ryaziyyat,fizika,kimya,ümumi fənlər bloku fənləri üzrə azalması müşahidə olunmuşdur".

2013-cü ildə Şamaxı Avropa Liseyini bitirən 49 şagirdin 29-u ali məktəbə daxil olub.

Şamaxı Avropa Liseyinin 2012-2013-cü tədris ilində ən çox bal toplayan məzunlarının sayı

1.Abdullayeva Təhmihə Məhəmməd qızı- 683 bal
2.Yahya Müşfiq Mehman - 665 bal

3.Mikayılov Kamran Mikayıl oğlu 599 bal
4.Qubatova Yaqut İlham qızı 598 bal
5.Abdulhəhimova Zərifə Hüseyn qızı 580 bal
6. Məmmədov İlkin Həsən oğlu 548 bal


7.Sarıyeva Aysel Çingiz qızı 536 bal
8.Süleymanova Zülfiyyə Vüqar qızı 527 bal

Yarışan Avropatipli məktəblər kimi Bakıdakı Avropa Azərbaycan Məktəbinin son bir ildəki uğurlu nəticələrindən də söz açmalıyam. Hələlik buraxılış siniflərimiz olmadığı üşün qəbul imtahanlarından danışmıram. Gələn il ən azı 5-6 şagirdimizin 600-dən yüksək bal toplayacağına gümanımız və inanımız var.Bu il iki şagirdimiz Respublika fənn olimpiadalarında yüksək yer tutmuşdur. X sinif şagirdi Günay Anar qızı Məmmədova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadasının qalibi olmuşdur. Onun sinif yoldaşı Fərid Cavanşir oğlu Muradov tarix fənni üzrə respublika üzrə IV yerə çıxmışdır. Maraqlıdır ki, hələ keçən il-İX sinifdə oxuyarkən Fəridin "Məqalələr silsiləsi" adlı ilk kitabı çapdan çıxmışdır.

Məktəb tədbirindən sonra dağlara çıxdıq,təbiətin çoxları üçün cənnət hesab olunan yerlərini seyr elədik. Şamaxı Rəsədxanasına günün günorta çağı etdiyimiz səfər də bizə bir çox nəsnələrdən xəbər verdi. Tədbirimizin ən maraqlı səhifələrindən biri də M.Ə.Sabirin Ev Muzeyinə sfərimiz oldu. Muzey əməkdaşlarının ədəbiyyatımızın təbliği yolunda gördüyü işlər bəyəniləndir. Muzeyin rəhbərliyi ilə burada M.Ə.Sabirlə ilgili təqdimatlar keçirməyi qərara aldıq.İlk təqdimat, çox güman ki, bu yaxınlarda olacaqdır.

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları

Bir anın şəkilləri və yaxud Azərbaycandakı iki Avropa  məktəbinin yadda qalan anları



Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi.
Bu xəbər oxucular tərəfindən 1314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed