Şrift:
Bu gün Bakıda Qəbələ RLS-in icarə müddətinin artırılmasına dair Azərbaycan-Rusiya danışıqları başlayır
13.12.2011 [12:33] - Gündəm
Bu gün Bakıda Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılmasına dair məsələlərin nizamlanması ilə bağlı Azərbaycan-Rusiya danışıqları başlayır.

Rusiya nümayəndə heyətinə müdafiə nazirinin müavini Anatoli Antonov rəhbərlik edir. Danışıqlar dekabrın 15-dək davam edəcək.

Qeyd edək ki, Qəbələ RLS-in Rusiya tərəfindən icarəyə götürülməsinə dair on illik müqavilənin müddəti gələn il dekabrın 24-də başa çatır. Rusiya Müdafiə Nazirliyi bu müqavilənin müddətinin 2025-ci ilədək artırılmasını istəyir. Azərbaycanın da illik icarə haqqını artırmaq niyyətində olduğu barədə mətbuatda xəbərlər yer alıb. Rusiyanın müdafiə naziri Anatoli Serdyukov isə bildirib ki, onlar icarə haqqını əvvəlki kimi saxlamaq, icarəyə götürülən ərazinin həcmini azaltmaq niyyətindədirlər. Danışıqlar uğurla başa çatsa, Rusiya indiki stansiyanın yerləşdiyi ərazidə yeni mobil radiolokasiya sistemi quraşdıracaq.
Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed