27.05.2014 [13:36] - İdman
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun finalında - “Qəbələ” - “Neftçi” matçında baş verənlər müzakirə olunub. Bu matçda komandalar ümumilikdə 5 min manat cərimə olunub.
Hər iki komandanın üzvləri qarşılaşma ərzində 4 sarı vərəqə aldığından klublar hərəyə 1000 manat cərimə olunub. Matçın 90-cı dəqiqəsində texniki zona qaydalarını pozan “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev də cəzasız qalmayıb. Çalışdırıcı 1 oyunluq cəzalanıb, klubu isə 1000 manat ziyana düşüb.
Qarşılaşmanın 104-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Qəbələ” 2000 manat ödəyəcək.

Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |