Şrift:
Azərbaycan XİN başçısı Qoşulmama Hərəkatının nazirlər konfransının sessiyasına sədrlik edib
29.05.2014 [09:37] - Gündəm, Siyasət
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının nazirlər konfransının sessiyasına sədrlik edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu, konfransa sədrlik edən Əlcəzairin müraciəti əsasında baş tutub.

E.Məmmədyarovun sədrlik etdiyi sessiyada Seneqal, Fələstin, Niger, İspaniya və digər dövlətlərin nümayəndələri çıxış ediblər. Sessiya zamanı Qoşulmama Hərəkatının gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatının nazirlər konfransı 28-29 may tarixlərində Əlcəzairdə keçirilib.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed