29.05.2014 [10:19] - Hərb
Bu barədə TAİ şirkətindən məlumat verilib.Şirkət sentyabrda Bakıda keçiriləcək ADEX-2014 birinci beynəlxalq müdafiə sənayesi sərgisində açıq sahədə ATAK helikopterini və «Anka»nı nümayiş etdirmək niyyətindədir. Bununla yanaşı, sərgidə «Hürkuş» təlim təyyarəsi, rotorlu pilotsuz uçuş aparatı, «Durna» və «Şimşək» dronları (hədəf aparatları) maket formasında sərgilənəcək.
«Hazırda Azərbaycanla bir neçə layihə üzrə ilkin danışıqlar gedir. Bunlardan birincisi ATAK helikopteri ilə bağlıdır. Helikopterin satış qiyməti artıq Azərbaycan tərəfinə təqdim olunub. «Anka» ilə bağlı da Azərbaycan Müdafiə Nazirliyi üçün təqdimatlar keçirilib», - deyə şirkətdən bildirilib.
TAİ rəsmilərinin sözlərinə görə, Azərbaycan bir neçə il əvvəl dronlara marağını ifadə edib. Bunlardan hava hücumundan müdafiə sistemlərinin atış təlimlərində, eləcə də rəqibin HHM sistemlərinin aldadılmasında istifadə oluna bilir.

Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |