Şrift:
Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
29.05.2014 [10:26] - Siyasət
Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Rusiya XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı tərəflər Ukraynada keçirilən prezident seçkilərini, habelə Suriyanın kimyəvi silahının məhv edilməsini müzakirə ediblər.

S.Lavrov Ukrayna hökumətinin ölkənin cənub-şərq vilayətlərində hərbi əməliyyatının dayandırılmasının və ümummilli dialoqun tezliklə başlanılmasının vacibliyini vurğulayıb.

S.Lavrovla C.Kerri sıx təmasları davam etdirmək qərarına gəliblər.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed