Şrift:
TÜRKSOY 2012-ci ili “Mirzə Fətəli Axundov ili” elan edəcək
13.12.2011 [13:01] - Türk dünyası-Turan
2012-ci il TÜRKSOY təşkilatı tərəfindən görkəmli Azərbaycan mütəfəkkiri və yazıçısı Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi münasibətilə “Mirzə Fətəli Axundov ili” elan olunacaq. Bunu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib. O bildirib ki, gələn il bütün türkdilli ölkələrdə M. F. Axundovun 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər – elmi konfranslar, dəyirmi masalar, kitab təqdimatları, sərgilər, ədəbi-bədii gecələr keçiriləcək: “Gələn il bu tədbirlər məhz Azərbaycana həsr olunacaq. Azərbaycanın realist dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə bütün türkdilli ölkələrdə yad ediləcək”.
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed