Şrift:
Azərbaycan təmsilçisi daha aşağı reytinq xalı olan klublarla qarşılaşacaq
30.05.2014 [12:44] - İdman
"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.

Bu mərhələdə yüksək reytinq xalına görə (7,765) görə səpələnmişlər arasında qərarlaşıb. Buna görə də komandamız daha aşağı reytinq xalı olan klublarla qarşılaşacaq. Buna baxmayaraq potensial rəqiblər arasında İsveçin "Malmö" və Norveç çempionu da var.

Bütün potensial rəqiblərimiz aşağıdakılardır:

- "Dinamo Tbilisi" (Gürcüstan)
- "Malmö" (İsveç)
- "Reykjavik" (İslandiya)
- "Dudelange" (Lüksemburq)
- "Stromsgodset" (Norveç)
- "The New Saints" (Uels)
- "St. Patrick`s Athletic" (İrlandiya)
- "Skenderbeu" (Albaniya)
- "Rabotnicki" (Makedoniya)
- "Valletta" (Malta)
- "Zrinjski" (Bosniya və Herseqovina)
- "Cliftonville" (Şimali İrlandiya)
- "Zalgiris" (Litva)
- Çernoqoriya çempionu

- "La Fiorita" (San Marino - I təsnifat mərhələsi)
- "Levadia Tallin" (Estoniya - I t/m)
- "Santa Coloma" (Andorra - I t/m)
- "Torshavn" (Farer Adaları - I t/m)
- "Lincoln" (Cəbəllütariq - I t/m)
- "Banants" (Ermənistan - I t/m)

Püşkatma iyunun 23-də keçiriləcək. I təsnifat mərhələsinin qalibi olan 3 klub ikinci təsnifat mərhələsinə yüksələcək.

"Qarabağ"ın qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed