13.12.2011 [13:56] - Gündəm
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
Məcəlləyə əlavə edilmiş 163-1 maddəsi iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə bağlıdır.
Dəyişikliklərə əsasən hüquqi şəxslərə məxsus olan iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə, vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək.
Başqa bir dəyişikliklə, bu maddədə nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 600 manatdan 700 manatadək miqdarda, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000 manatdan 1200 manatadək miqdarda, vəzifəli şəxslər 1800 manatdan 2 min manatadək miqdarda, hüquqi şəxslər 5500 manatdan 6 min manatadək miqdarda cərimə ediləcək.
Dəyişikliklər layihəsi səsə qoyularaq təsdiqlənib.

Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |