Şrift:
Ermənistan Gömrük İttifaqına Dağlıq Qarabağsız qoşulacaq
03.06.2014 [11:36] - Gündəm, Siyasət
İşğalçı ölkənin rəhbəri Serj Sarqsyan belə bəyanatla çıxış edib. Onun bu mövqeyi İrəvanda və separatçı qurumda ciddi narazalığa səbəb olub.

Astana sammitinə qədər Ermənistanın baş naziri Ovik Abramyan, hakim partiyanın parlament fraksiyasının rəhbəri Eduard Şarmazanov, eləcə də digər rəsmilər Ermənistanın Arvarsiya İqtisadi Birliyinə Dağlıq Qarabağla birlikdə girəcəyini, sərhəddə gömrük postunun qoyulmasının istisna edildiyini vurğulayırdılar. Lakin Azərbaycan prezidentinin məlum məktubundan sonra Astana toplantısında Ermənistana düşünmək üçün daha 15 gün vaxt verildi. Ötən həftə Serj Sarqsyan verdiyi açıqlama ilə göstərdi ki, düşünməyə ehtiyac yoxdur. Azərbaycanın tələbi yerinə yetiriləcək. Hakim partiyanın gənclər təşkilatının toplantısında çıxışı zamanı Sarqsyan deyib ki, Ermənistan iqtisadi təşkilata Qarabağsız girəcək. «Kim demişdi ki, biz Gömrük İtitfaqına Qarabağla birlikdə girəcəyik? Bu, mümkün deyil, ən azından bizim qanunvericiliyə görə Dağlıq Qarabağ Ermənistan ərazisi hesab olunmur», - Sarqsyan belə deyib.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed