03.06.2014 [11:42] - Gündəm, Borçalı
Gürcüstanın işğal olunmuş torpaqlarında qurulmuş saxta “Abxaziya Respublikası”nın “prezidenti” Aleksandr Ankvab postunu tərk edib.
Özəl müraciət yayan Aleksandr Ankvab bildirib ki, qan tökülməməsi, Abxaziyada sabitliyin qorunması üçün bu addımı atır.
“Abxaziya parlamenti” mayın 29-da “baş nazir” Leonid Lakerbayaya etimadsızlıq göstərib, “prezident” Aleksandr Ankvabı isə istefaya çağırıb.
İyunun 1-dən “prezident” səlahiyyətləri “parlamentin sədri” Valeri Bqanbaya keçib. Növbədənkənar “prezident seçkisi” avqustun 24-də keçiriləcək.
Gürcüstanın tərkibində muxtar respublika olan Abxaziya 1980-cı illərin sonundan separatçı (bölücü) hərəkata başlayıb, 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan edib. 2008-ci ildə Rusiya Abxaziyanı hərbi təcavüzlə işğal edərək onu “müstəqil dövlət” kimi tanıyıb.

Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |