Şrift:
Ermənilərsiz Ermənistan
03.06.2014 [12:31] - Gündəm, Sosial
Bu ölkənin problemləri get-gedə çoxalır

Ermənistan iqtisadiyyatında problemlər get-gedə çoxalmağa başlayır. Bu dəfə onlar energetika sahəsində müşahidə edilir. Böyük ehtimal ki, yaxın vaxtlarda energetika sahəsində yüksəlməyə doğru tariflərə yenidən baxılsın.

Bu barədə energetika və təbii resuslar nazirinin müavini Ara Simonyan deyib. Onun sözlərinə görə, Ermənistanda quraqlıq dövrü yarandığı üçün müəyyən çətinliklər yaranıb. Bundan əlavə elektrik enerjisi qiymətləri dondurulmayıb və enerji tariflərinə vaxtaşırı yenidən baxılmalıdır.

"Ermənistanda çoxları hesab edir ki, əbvvəl elektrik tarifinin, sonra isə ərzaq məhsullarının, ilkin tələbat məhsullarının qiymətinin artması ilk növbədə ölkə iqtisadiyyatının tam iflası ilə bağlıdır".

İndi çoxları belə sual verirlər - Ermənistanda su çox olanda elektrik qiymətləri aşağı idi?

Təxminən bir il öncə sakinlər üçün elektrik enerjisi tarifi hiss olunacaq dərəcədə artıb. Bu böyük etiraz dalğasına səbəb oldu, hətta etiraz aksiyaları, nümayişlərin qarşısı alındı. Bu dəfə qiymət artımından sonra nə olacağını zaman göstərəcək. Yəqin ki, etiraz aksiyaları keçiriləcək. Ən əsası isə ölkəsini birdəfəlik tərk edənlərin sayı dəfələrlə artacaq.

Ancaq ilin birinci rübündə Ermənistanı rekord sayda insan - 27 min nəfər tərk edib. Bundan əlavə bir müddət öncə ölkənin ümumtəhsil müəssisələrində statistik məlumatlarda yeni göstərici yaranıb. Səbəb məktəblilərin məktəbi tərk etməsidir.

Bunun əsas səbəbi isə oxuyanların ailələrinin Ermənistandan getməsidir. Bu gün belə məktəblilərin sayı 15 min nəfərdir.

Burada isə necə deyərlər, şərh artıqdır.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed