Şrift:
“Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici”si nəşr edilmişdir
04.06.2014 [02:57] - Gündəm, Mədəniyyət
AMEA Mərkəzi Elmi Kitabxanasının hazırladığı Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici” adlı kitab çapdan çıxmışdır. Kitabın elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru, f.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, redaktor-biblioqraf direktor müavini Firəngiz Füseynova, tərtibçilər N.Kazımova və V.Həsənovadır.
Azərbaycan və rus dilində təqdim olunan 580 səhifədən ibarət bu kitab, 1920-1940-cı illər ərzində Azərbaycan SSR XDİK üçlüyünün müxtəlif tarixli qərarlarına əsasən repressiya olunmuş Azərbaycan alimlərinin həyat və yaradıcılıqlarına həsr edilmişdir. Burada həmçinin fil.ü.f.d. Cəlal Qasımovun tədqiq edərək üzə çıxardığı Az.SSR XDİK üçlüyünün verdiyi qərarlara əsasən qeyd edilən illər ərzində repressiya edilmiş insanların adlarının siyahısı da əks etdirilmişdir.
Təqdim olunan kitab indiki Azərbaycan Milli Elmlər Aka¬demiyası üzrə repressiyaya məruz qalmış alimlərin həyatı, elmi fəaliyyəti və faciəli talelərinə həsr olunub. Tərtibçi müəllif¬lər Azərbaycan Respublikasının Prezident Arxivində, Respublika Dövlət Arxivində, MEA-nın arxivində, AMEA-nın MEK-də, M.F.Axundov adına Milli Kitabxanada və onun arxivində, Tarix muzeyində, BDU-nun kitabxanasında, Əlyazmalar institutunun müvafiq fondlarında, AMEA-nın Tarix və Ədəbiyyat İnstitut¬larının arxivlərində intensiv axtarışlar apararaq onlarca alimin bioqrafiyasını yazıya almış, mövcud faktları müxtəlif tərzdə sistemləşdirmişdir.
Akademiyada repressiyaya məruz qalmış alimlər daha çox hu¬manitar sahənin görkəmli mütəxəssisləri – Azərbaycanın qə¬dim və zəngin tarixini, dilini, ədəbiyyatını, folklorunu araşdıran Şərq təmayüllü türkoloq və şərqşünaslar, ədəbiyyat və dil tarix¬çiləri idi.
Qeyd edək ki, həmin illərdə yalnız milliyyətcə azərbaycanlı olanlar yox, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə bağlı olan digər xalqların nümayəndələri də repressiyyaya məruz qalmışlar.
Mərkəzi Elmi Kitabxananın
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed