Şrift:
Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə sadələşdirilmiş viza rejimi tətbiq edilə bilər
04.06.2014 [11:43] - Xəbərlər, Diaspor
Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiqi üçün müzakirələr aparılacaq. Bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov deyib.
Onun sözlərinə görə, yay aylarında müvafiq dövlət qurumları və diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə videokonfrans təşkil olunacaq və təkliflər müzakirə ediləcək.
N.Qurbanovun fikrincə, diaspor təşkilatlarının rəhbərlərinə sadələşdirilmiş viza rejiminin tətbiqi mümkün ola bilər.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed