04.06.2014 [12:46] - Xəbərlər, Mədəniyyət, DAVAMın yazıları
Xalq Bank- "Xalq Əmanəti" layihəsinin hədiyyəlik nəşri
Mikayıl Müşfiqin bankir dostlarının poeziya qayğıları:
Mikayıl Müşfiq - Seçilmiş əsərləri. Bakı,2013-cü il.
Nəhayət ki, Mikayıl Müşfüqin adına layiq, həm
tərtibat, həm də məzmun baxımdan sanballı bir kitab işıq üzü gördü.
Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində layiqli bir nəşrlə
Mikayıl Müşfiq poeziyasının, Mikayıl Müşfiq sözünün, Mikayıl Müşfiq əxlaqının pərəstişkarlarını və tədqiqatçılarını
sevindirdi:1908-ci il iyunun 5-də dünyaya göz açan şairin 596 səhifəlik əsərləri toplusu ədəbi aləmə ayaq açdı. Kitabın üstündəki Mikayıl Müşfiq - “Seçilmiş əsərləri” başlığı diqqəti cəlb edir; seçilmiş əsərdirsə, deməli, bu, çoxlu əsərlərin içindən seçilib. Əgər Müşfiqin hələ də çoxumuzun adını eşitmədiyimiz, üzünü görmədiyimiz əsərləri varsa, əgər kitabın üstündəki “Seçilmiş əsərləri “ adı şərti deyilsə, Mikayıl Müşfiqin külliyyatını görmək arzumuz təbiidir,bəyəniləndir.
Kitabın üstündə şairin “Mən belə dünyadan necə əl çəkim...” misrasını dedyi vaxtdan altı il əvvəl-1929-cu ildə çəkdirdiyi
foto şəkli verilmişdir. Bu, Mikayıl Müşfiqi dünyaya tanıdan , şəxsiyyətini təsdiq edən şəkildir.
Başqa sözlə, dünya oxucuları rus şairi A.S.Puşkini hansı şəkildən
tanıyırlarsa , M.Ə. İsmayılzadəni (Müşfiqi) də bu şəkildən tanıyırlar.
Hər bir şairin ən yaşı şeiri onun şəxsiyyətini təsdiq edən sənədə uyğun gəlir. Bu cəhətdən Mikayıl Müşfiqi tanıdan şeir pasportları çoxdur. Əlbəttə, paspotu şeir olan şairlər çoxdur. Elə şair var ki, 10-15 şeir pasportu var.Onların bu şeirlərlə lovğalanmağa, yüksək qürur hissi keçirməyə haqları var.Vaxtilə gürcüstanlı rus şairi Vladimir Vladimiroviç Mayakovski xarıcə səfərə yola düşərkən onun sovet pasportunu diqqətlə araşdıran, təftiş etməyə maraqlı olan dövlət məmuruna şairin yalançı ritorika ilə nəyinsə xatirinə dediyi sözlər yada düşür:
Alın a ...(rusca bunu başqa cür də düşünmək olur-N.N.)
yana-yana qalın a...
Mən sovet vətəndaşıyam...
Mikayıl Müşfiq sərhədi istənilən şeiri ilə keçə bilərdi. O illərdə onun əsas pasportu "Tar” idi. Mikayıl Müşfiq "Tar" şeirinin yazılma tarixi 1929-cu ildən başlayır. Bir sıra nəşrlərdə "Tar"ın yazılma tarixi 1932- 1934-cü illər kimi göstərilir.Görünür, M.Müşfiqin tarı çöx su ararmışdır. Onun ”Həyat sevgisi“ şeiri də, rübai sayılan dördlükləri
də nəsillərin əzbər bildikləri əsərlərdəndir. Qısası, Mikayıl Müşfiq zəmanəsinin, mühitinin sərhəd tanımayan, bir ölkəyə sığmayan, sığışmayan, daim qanadlanıb uçmaq eşqində olan şairi idi. Bəlkə də onun paxıllığını çəkənlər yox idi, ona həsəd aparanlar, həyatda
da, həyatın bir maraqlı və gərəkli əyləncəsi olan poeziyada ona oxşamağa çalışanlar, əlləşənlər daha çox idi.
Mikayıldan əvvəl də Azərbaycan poeziyasının Müşfiqi olub: XIX əsr şairi şamaxılı Müşfiq Xaksar.
Şamaxılı Müşfüqin adına və ünvanına ( Müşfiq Xaksar ibn Məhəmməd , sakini şəhri-Şirvan ,məhleyi Qələbazar ) və şeirinə “Ziyayi –Qafqasiyə” qəzetinin 1884-cü il aprelin 18-də çap olunmuş 7-ci nömrəsində rast gəlirik. Şairin 65 beytlik qəsidəsi "Ziyayi-Qafqasiyyə" qəzetinin naşiri və redaktoru Səid Ünsizadəni onu gözləyən təzyiqlərdən, dedi-qodudan qorumaq məqsədilə yazılmışdır.
Kasıb həyat tərzi keçirən Müşfiq Xaksar (Həqir -N.N.) XIX əsrin Şamaxı şairlərindəndir.Onun şeirlərinə "Kəşkül"də də rast gəlirik. Şamaxılı Müşfiq Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədirin müasiri olan söz ustalarındandır. Mikayılın təxəlüsünün də bu müasirlikdən, bəlkə də dostluqdan qaynaqlanmasını düşünmək olar.Hər halda
bu məsələ öz əsaslı elmi təsdiqini tapandan sonra bu haqda ətraflı söz açmaq daha çox məsqədəuyğun olacaqdır.
Qayıdırıq yeni nəşrin-Mikayıl Müşfiqin “Seçilmiş əsərləri”nin təəssüratlarına.Kitabın redaktoru və tərtibçisi şair və tərcümə ədəbiyyatısahəsində maraqlı işləri ilə yadda qalan, oxucular tərəfindən dəyərləndirilən Səlim Babullaoğlu,
məsləhətçisi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinin direktoru, Milli Məclisin üzvü, AMEA-nın müxbür üzvü R.Hüseynovdur. R.Hüseynovun görkəmli şairə dərin və sonsuz məhəbbətlə yazdığı, özünün "Bağ romanı“ adlandığı 50 səhifəlik esse kitaba ön söz əvəzində yerləşdirilmişdir. “Esse” sözünə son vaxtlarda elmi ədəbiyyatda tez-tez fəsadüf olunur, onu ədəbi janr kimi izah etməyə təşəbbüs və həvəs göstərirlər. Bu da başadüşüləndir. Esseni inşa ilə bərabərləşdirməyə də səhd edirlər. Olsun, hər halda esse elmi leksikonumuza daxil olmaqdadır.Dunya ədəbiyyatında fransız yazıçısı Gi de Mopasananın esseləri bu janrın ən mükəmməıl nümunələri kimi diqqəti cəlb edir. Esse mənsur şeir kimi də izah edilə bilər Bu cəhətdən Azərbaycan radiosunun “Bulağ”ından , “Axşam görüşləri” verilişindən gələn söz melodiyaları yada düşür. R.Hüseynov “Axşam görüşləri” verilişində onlarla söz və mədəniyyət adamlarından söz aça-aça oxucu və dinləyicilərə Məhsətini tanıtdı, Hüseyn Cavidi doğmalaşdırdı , Mikayıl Müşfiq fenomenini göstərə bildi. Ön söz yerində verilən “ Bağ romanı” da bu məqsədə xidmət edir.Bu roman əsmər bənizli gözəlin -Arifənin romanıdır. Bu, 30-cu illərin-qanlı -qadalı illərin tarixə dağ çəkən illərinin romanıdır. Kitabın bədii mətni 1926-cı ildən nəğməyə dönən “Olkəm” beşliyi ilə başlayır. Bu, 18 yaşlı gəncin nəğməsidir.
Mikayıl Müşfiq az yaşadı (1908- 1937), amma şərəfli ömür yaşadı.“Küləklər”i yazdı:
Bəziniz qorxulu, bəziniz qorxusuz,.
bəziniz duyğulu,bəziniz duyğusuz,
Bəziniz uyğulu, bəziniz uyğusuz,
Küləklər, küləklər,
Ey sərin küləklər,
Sizdə var qoxusu,
hər yerin ,küləklər.
M.Müşiq kosmopolit tay-tuşlarının bəyənmədiyi tarı çaldı, özü də necə çaldı...
Oxu,
tar,
oxu,tar!
Səsindən
ən lətif şeirlər dinləyim.
Oxu,tar,
bir qadar...
Nəğməni
su kimi alışan ruhuma çiləyim.
Oxu,
tar!
Səni kim
unudar?
Ey geniş
kütlənin şirini,
şərbəti,
Alovlu sənəti!..
M.Müşfiq hələ 1935-ci ildə onu və bəşəri gözləyən fəlakətin gəldiyini
bilirdi , ürəyində bu qara günlərə ağlaya-ağlaya partlayırdı:
Ah mən gündən -günə bu gözəlləşən
İşıqlı dünyadan
necə əl çəkim?
Bu yerlə
çarpışan,göylə əlləşən
dostdan,
aşinadan necə əl çəkim?
...Həyat dedikləri bu kəşməkeşdən,
Qəlbimdə,qanımda
yanan atəşdən,
Gecədən,gündüzdən,aydan,
günəşdən,
Bu əngin
fəzadan necə əl çəkim?
M.Müşfiq ürəyinə damanlar haqqında pıçıltı ilə danışırdı, dərdini kiminləsə bölüşmək istəyirdi:
Mənim könlüm deyir ki,
hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
yoluna düşən günlər
hələ qarşımızdadır!
Evli-eşikli Mikayıl Müşfiq evliliyinin 3-cü və ya 4-cü ilində əvvəlki illərin xatirələrini çözələyirdi:
Yenə o bağ olaydı,yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
sizə qonşu olaydıq.
Yenə o bağ olaydı,səni tez-tez görəydim,
qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə,hər gün bir yeni ilham...
yazaydım səhər, axşam...
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?
"Seçilmiş əsərlər"də M.F.Axundzadənin Səbuhi" imzası ilə farsca "yazdığı "Dər vəfati -A.S.Puşkin" ("A.S.Puşkinin ölümünə"-N.N.) qəsidəsinin tərcüməsinin də daxil edilməsi bəyənilən işlərdəndir.
Matəm qəsidəsi kimi tanınan bu əsərin Azərbaycan dilinə bir neçə tərcüməsi var. C.Xəndan,B.Qasımzadə və M.Soltanın tərcümələri ilə müqayisədə M,Müşfiqin tərcüməsi tərcümə sənətkarlığına görə daha önəmlidir: tərcümənin qafiyəsi qəsidədə olan formadadır-aa,ba,da,ea...şəklindədir.
Yeni nəşrin ən çox xoşagələn məziyyətlərindən biri də topluda xronoloji ardıcıllıq cədvəlinin verilməsidir.
Yeni nəşrə daxil edilmiş tərcümələr,epistolyar üsluba aid olan məktublar da maraqla oxunur.
Nəşrin "Səni kim unudar" adlı 20 səhifəlik "Son söz əvəzi"ni S.Babullaoğlu yazmışdır. Bu hissə maraqlı filoloji araşdırma kimi çöx faydalıdır.
*****
... “Hər günü bir yeni nəğmə olan” Mikayıl Müşfiq tələsirdi. O, sonet də yazırdı, yarımşıq misralı şeir də (müstəzad da), həyatda
ona gözağardanlardan çəkinərək, traktordan da yazırdı, Tərtərhesdən də. O, Şəngülə də....Şüngülə də, Məngülə də söz qoşmuşdu...Bu da zamanın tələbi idi.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
TQDK-nın eksperti...
09.11.2013- 03.06.2014.
P.S.
Azərbaycan Respublikasında , səhv etmirəmsə, 5000-ə yaxın tam orta təhsil müəssisəsi və onların da elə o qədər kitabxanası vardır. Yeni nəşrin 5000 nüsxəsinin hamısı məktəb kitabxanalarına verilsə,kimlərəsə kitab çatmayacaq.
Əlaqə: 566 07 95; 050 632 31 49.

Bu xəbər oxucular tərəfindən 1402 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |