04.06.2014 [13:20] - Xəbərlər, İqtisadiyyat
ТАР qaz kəməri layihəsi gələn il başlanacaq tikinti işlərinə hazırlıq prosesindədir. Bunu TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, bu prosesin mərhələlərindən biri boru kəməri marşrutunun kənarındakı torpaqların alınmasıdır: "Növbəti addım lazımi müqavilələrin bağlanması olacaq. Biz artıq bu yay hərracın təşkilinə başlayacağıq".
O qeyd edib ki, ТАР qaz nəqlinin bütün imkanlarını araşdırır və əlavə edib ki, İtaliya ixrac halqasında yeganə bazar deyil: "İtaliya digər Avropa qaz bazarları ilə bağlıdır və qazın revers edilməsi imkanına malikdir".
K.Tunqland qeyd edib ki, qaz şəbəkəsinə malik olmayan Albaniya üçün bu gün şəbəkənin yaradılması çox vacibdir.
O deyib ki, TАР Albaniya hökumətinin bu təşəbbüsünü dəstəkləyir.
Bir müddət əvvəl Albaniyanın energetika naziri Damian Qiknuri bildirmişdi ki, ölkəsi ARDNŞ-ni Albaniyanı qazlaşdırmağa dəvət edib.
TAP layihəsi Xəzər regionundan qazı Yunanıstana, Albaniyaya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, daha sonra isə Qərbi Avropaya nəql etməyi nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |