Şrift:
Müdafiə nazirinin Brüssel səfəri: çıxış və görüşlər
05.06.2014 [11:14] - Gündəm, Hərb
İyunun 4-də müdafiə naziri Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən iclasında iştirak edib.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən “Media forum” saytına verilən məlumata görə, iclasda çıxış edən Zakir Həsənov Azərbaycanın Əfqanıstana siyasi, maliyyə, iqtisadi və təlim sahəsində dəstəyin davam edəcəyini bildirib. Müdafiə naziri Azərbaycanın NATO-nun 2014-cü ildən sonrakı Qətiyyətli Dəstək missiyasına qüvvə, təlim və maliyyə fondlarına yardım göstərməklə töhfə verəcəyini qeyd edib. O, Azərbaycan xalqı və hökumətinin Əfqanıstanda və bütövlükdə regionda sülh, sabitlik və əmin-amanlığa sadiq olduğunu vurğulayıb.

Zakir Həsənov həmin gün ABŞ-ın müdafiə katibi Çak Heygellə ikitərəfli, türkiyəli və gürcüstanlı həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed