05.06.2014 [12:02] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak üçün Bodruma səfər edən prezident İlham Əliyev iyunun 4-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Türkmənistan prezidenti deyib ki, ölkələrin ikitərəfli münasibətləri durmadan genişlənir: “Bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Minnətdaram ki, Siz bizim təşəbbüslərimizi beynəlxalq təşkilatlarda həmişə dəstəkləyirsiniz. Enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin daha da möhkəmləndirilməsi məsələlərində də bu dəstək hiss olunmaqdadır. Xüsusilə mötəbər beynəlxalq təşkilatlarda, həmçinin BMT-də Azərbaycanla Türkmənistan arasında mehriban qonşuluq və qardaşlıq münasibəti aşkar duyulmaqdadır.
Bizim xarici siyasət idarələrinin əməkdaşlığı da kifayət qədər qənaətbəxş inkişaf etməkdədir. Hər görüş zamanı məsləhətləşmələr ikitərəfli münasibətlərimizin tərəqqisinə yeni yollar açır. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.
Ticari-iqtisadi sahədə də münasibətlərimiz çox yaxşı inkişaf etməkdədir. Fərəhlidir ki, bu ilin birinci yarısında əmtəə dövriyyəsi yüksək səviyyədə olub. Bizim hökumətlərarası komissiya iqtisadi məsələlər üzrə məsləhətləşmələr aparır. Düşünürəm ki, əmtəə dövriyyəsini daha da artırmaq üçün yaxşı potensialımız var”.
Azərbaycan prezidenti həmkarına deyib ki, Türkmənistanla siyasi münasibətləri daha da möhkəmləndirmək əzmindədir: “Bizim Sizinlə görüşlərimiz, eləcə də xarici işlər nazirlərinin digər səviyyələrdə müntəzəm görüşləri münasibətlərimizin xarakterini bariz şəkildə göstərir. Bu, yaxın dostluq, qardaşlıq münasibətləridir. Biz bir-birimizə xeyirxahlıq, sülh arzulayırıq, bütün istiqamətlərdə əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik.
İqtisadi istiqamətdə də, əlbəttə ki, potensialımız böyükdür, əmtəə dövriyyəsi artır. Düşünürəm ki, gələcəkdə indiyədək istifadə olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ölkələrimiz arasında paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün qiymətləndiririk, ölkələrimizin inkişafını iqtisadiyyatın möhkəmləndirilməsində və regional əməkdaşlığı inkişaf etdirməkdə görürük”.
AzərTAc xəbər verir ki, İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə də bir araya gəlib. Görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Başqa bir xəbərə görə, dünən Türkiyə prezidenti Abdulla Gülün adından dövlət başçıları İlham Əliyev, Nursultan Nazarbayev, Almazbek Atambayev, Qurbanqulu Berdiməhəmmədovun şərəfinə şam yeməyi verilib. Daha sonra tarixi Bodrum qalasında “Türk düyünü” adlı konsert təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |