Şrift:
Azərbaycanda özəl pensiya fondları üçün qanunverici baza 2015-ci ilin sonuna qədər yaradılacaq
05.06.2014 [12:30] - Gündəm, Sosial
Azərbaycanda qeyri-dövlət pensiya fondları üçün qanunverici baza 2015-ci ilin sonuna qədər yaradılacaq. Bu barədə cümə axşamı ölkənin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fonda pensiya-sığorta sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılmasına dəstək göstərilməsi üzrə Aİ-nin tvininq layihəsinin təqdimatında deyib.

Fond sədri bildirib: "Layihə Latviya Sosial Rifah Nazirliyinin və AFR-in Əmək və Sosial İşlər Nazirliyinin iştirakı ilə reallaşdırılır. 2015-ci ilin noyabrınadək nəzərdə tutulan layihənin gedişində qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanun layihələri paketi yaradılacaq".

Onun sözlərinə görə, bu fondların fəaliyyəti DSMF-nin funksiyaları ilə kəsişməyəcək: "Mən mütəmadi olaraq qeyri-dövlət pensiya institutlarının Dövlət Fondu ilə rəqabət aparacağı barədə səslənən fikirlərlə razı deyiləm. DSMF icbari sosial sığorta sistemi ilə çalışan dövlət strukturudur. Qeyri-dövlət pensiya fondları isə könüllü əsasda vətəndaşların ödəmələrini qəbul edəcək və faktiki olaraq sosial müdafiənin əlavə mexanizmlərini təklif edəcəklər".

"Əmək pensiyalar haqqında" qanuna görə, pensiyalar baza, sığorta və yığım hissələrindən ibarətdir. Bu gün Azərbaycanda real olaraq yalnız baza və sığorta hissələri qüvvədədir.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed