Şrift:
Novruz Məmmədov: Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısındakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub
06.06.2014 [10:47] - Gündəm, Siyasət
Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısındakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov toplantının nəticələri ilə bağlı AzərTAc-a müsahibəsində deyib.
N.Məmmədov bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantılarının keçirilməsi ənənə halı alıb: "Türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Təşkilat ötən dövrdə əhəmiyyətli inkişaf mərhələsi keçməklə bərabər, dəqiq hədəflər müəyyən edə bilib. Bodrumda keçirilən IV Zirvə toplantısında türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələri əhatə edən əlaqələrin qurulması üçün imkanların araşdırılmasına dair qərarlar qəbul edilib. Prezident İlham Əliyevin Bodrumdakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub. Tərəflər Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrdəki fəaliyyətini yüksək dəyərləndiriblər".
O, qeyd edib ki, Zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Dağlıq Qarabağ barədə maddənin salınması Azərbaycan üçün əhəmiyyətli bir məsələdir: "Digər tərəfdən, qəbul olunmuş qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi vəzifəsini Azərbaycan tərəfi - Ramil Həsənov tutub. Təşkilata sədrlik Türkiyə tərəfinə keçib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunub".
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed