Şrift:
Böyük yeddilik Kiyevə əməliyyatlara davam et dedi
06.06.2014 [11:58] - Gündəm, Siyasət
“Böyük yeddilik” (G7) ölkələri –Amerika, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Ukraynanın şərqində aparılan antiterror əməliyyatları dəstəkləyib.
Bu barədə G7-nin Belçikada keçirilən zirvə toplantısına dair rəsmi məlumatında deyilir.

Xatırladaq ki, G7-nin zirvə toplantısı dünən Belçikada başlayıb. Ölkə liderlərinin görüşündə iqtisadi, siyasi və təhlükəsizlik məsələləri, eyni zamanda, Ukrayna böhranı ilə bağlı müzakirələr aparılıb.

“Biz qanunsuz silahlı birləşmələri təslim olmağa çağırırıq. Biz həmçinin Ukrayna hakimiyyətini qanuniliyini və sülhün bərpası üzrə əməliyyatların keçirilməsinə təmkinli yanaşmanı saxlamağa çağırırıq”,– G7-nin liderləri bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko iyunun 4-də Polşanın paytaxtı Varşavada görüşüb. Görüşdə Ukraynadakı vəziyyətin tənzimlənməsi planı və Kiyevin Rusiyadan enerji asılılığının azalması məsələsi müzakirə olunub. Obama və Poroşenko ABŞ-ın Ukrayna Silahlı Qüvvələri və hərbçilərinin hazırlığında mümkün iştirakına da toxunublar.

ABŞ prezidenti bildirmişdi ki, G7-nin Brüssel toplantısı beynəlxalq ictimaiyyətin Poroşenkonu dəstəklədiyini nümayiş etdirəcək.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed