Şrift:
Azərbaycan NATO qərargahlarında xidmət edən hərbçilərinin sayını artırır
06.06.2014 [12:18] - Gündəm, Hərb
Azərbaycan NATO qərargahlarında xidmət edən hərbçilərinin sayını artırmağa hazırlaşır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yay aylarında NATO-ya daha 3 zabit göndəriləcək. Bununla da, Azərbaycanın NATO qərargahlarında xidmət edən zabitlərinin sayı 7-dən 10-a yüksələcək.

Zabitlərin konkret olaraq NATO-nun hansı qərargahlarında xidmət edəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir.
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed