Şrift:
Xəzər Lənkəran 2 futbolçudan imtina edir
06.06.2014 [12:57] - İdman
“Xəzər Lənkəran” gənc futbolçu Orxan Əliyevi “Sumqayıt”a icarəyə verəcək. Apasport.az xəbər verir ki, Mustafa Dənizlinin gəlişindən sonra yerli futbolçu limitinə görə komandaya gətirilən gənc yarımmüdafiəçi özünü əsas heyətdə göstərə bilmədi.

Cənub klubundan olduğu 6 ay ərzində cəmi bir dəfə meydana çıxan Əliyev özü də ehtiyatda oturmaqdan bezib. Ötən mövsüm ərzində əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu “Sumqayıt”a qayıtmaqda maraqlıdır.

“Xəzər Lənkəran”a yeni baş məşqçi təyin olunan Oğuz Çətin də Əliyevin icarəyə verilməsinin tərəfdarıdır. Türkiyəli məşqçi yarımmüdafiəçinin oyun praktikası baxımından əziyyət çəkdiyini bildirərək, onun icarə əsasında başqa bir klubda oynamasını istəyib. Elə Orxanın sabiq klubu da Mirzağa Hüseynpurun “İnter”ə keçidindən sonra onun yerini keçmiş futbolçusu ilə doldurmaq fikrindədir. Bunun üçün onlar artıq “ağ-yaşıllar”a müraciət də ediblər.

Əliyevlə eyni vaxtda “Xəzər Lənkəran”a cəlb olunan gənc müdafiəçi Slavik Alxasov da komandanı tərk edəcək. Ötən mövsümün qış fasiləsi zamanı “Neftçi”dən alınan U-21 millimizin üzvü paytaxt klubuna dönəcək.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed