Şrift:
Azərbaycanın şəhərlərindən biri gənclər şəhəri elan ediləcək
27.09.2011 [14:21] - Gündəm
Elnur Aslanov: “Azərbaycan Gənclər Fondunun yaradılması ilə bağlı təklif hazırlanıb”

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı daha səmərəli və sürətli şəkildə 2012-ci ilin yanvar ayından etibarən hər bir gəncin görəcəyi şəkildə həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, hazırda gənclər proqramın müxtəlif bəndləri üzrə işlər gedir: “Azərbaycan Gənclər Fondunun yaradılması ilə bağlı təklif hazırlanıb və yaxın günlərdə ölkə prezidentində təqdim ediləcək. Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı artıq ölkə prezidenti tapşırıq verib. Digər bəndlər də artıq reallaşdırılmağa başlanılıb. Hazırda bu bəndlərin tam icrasına başlamaq üçün bəzi texniki hazırlıqlar tələb olunur”.

E. Aslanov deyib ki, Gənclər Proqramında olan bəndlərdən biri müxtəlif şəhərlərin gənclər şəhərləri və gənclər bölgələri elan edilməsidir: “Bununla da həmin bölgələrdə olan gənclərin problemlərinə xüsusi diqqət yetirmək fikrindəyik. Yaxın zamanda Azərbaycanın bölgələrindən biri gənclər şəhəri elan ediləcək. Həmin bölgənin adını açıqlamaq istəmirəm. Amma artıq bununla bağlı işlər gedir. Noyabr ayında Azərbaycanda ilk dəfə olaraq Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji gənclər düşərgəsi təşkil olunacaq. Bu Azərbaycanda gənclərə göstərilən diqqətin bariz nümunələrindən biridir”.
Bu xəbər oxucular tərəfindən 1359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed