Şrift:
Moskvanın Bakını strateji tərəfdaş adlandırması Ermənistanda qalmaqal yaradıb!
07.06.2014 [10:18] - Gündəm, Siyasət
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sergey Lavrovun Bakıya səfəri ilə bağlı vediyi açıqlamada Azərbaycanı Moskvanın strateji partnyoru adlandırması Ermənistanda böyük narahatlıq və qalmaqal yaradıb.Yerevanda müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyası bu bəyanatla bağlı Rusiyadan açıqlama tələb edib. Partiyanın parlament fraksiyasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bəyan edib ki, bununla bağlı Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) aydınlıq gətirməlidir.

“XİN indiyə qədər Nazarbayevin Avrasiya ittifqaının iclasında Azərbaycan prezidentinin məktubu ilə bağlı dediyinə heç bir reaksiya vermir. Bizm diplomatlar deyir ki, “Azərbaycanla Rusiya münasibətlərini şərh etmirik”.

Hesab edirəm ki, Rusiya strateji tərəfdaşı elan etdiyi Ermənistana bununla bağlı müvafiq cavab verməlidir. Ancaq bizim XİN susur və bu çox müəmmalıdır ”-deyə Zoqrabyan vurğulayıb. Ermənistanın “İrs” partiyasının baş katibi Stepan Safaryan isə bəyan edib ki, Rusiya “Avrasiya dramı”ilə Azərbaycanıa bağlı məsələləri həll etməyə çalışır və bunun üçün Ermənistandan istifadə edir. “Bu Ermənistanın alçaldılamasıdır”-deyə o vurğulayıb.

Safaryan bildirib ki, Ermənistan üçün fövqəladə təhlükəli vəziyyət yaranıb. “Rusiya bizi öz düşmənləri ilə əməkdaşlq etməyə qoymur, amma özü düşmənlərimizlə tərəfdaşlıqdan imtina etmir”-deyə Safaryan vurğulayıb. Xatırladak ki, Rusiya XİN nmüayəndəsi S. Lavrovun Bakı səfəri ilə bağlı danışarkən Azərbaycanı “Rusiyanın strateji tərəfdaşı” adlandırıb.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed