07.06.2014 [10:38] - Gündəm, Siyasət
Erməni mətbuatının verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya Siyasəti Departamentinin rəhbəri Yevgeni Perebiynis açıqlama yayıb. Onun sözlərinə görə, prezident Serj Sərkisyan Pyotr Poroşenkonu seçkilərdəki qələbə münasibətilə təbrik edəndən sonra belə bir qərar verilib. “Erməni tərəfi Ukrayna prezidentinin seçilməsini alqışlayıb və Ukrayna ilə konstruktiv əməkdaşlığa ümid ifadə edib”, - deyə XİN rəsmisi bildirib.
Xatırladaq ki, Sərkisyan Krımın Rusiyaya birləşdirilməsi haqda referendumla bağlı müsbət mövqe açıqlayandan sonra Ukrayna öz səfirini geri çağırmışdı.
Xatırladaq ki, Sərkisyan Krımın Rusiyaya birləşdirilməsi haqda referendumla bağlı müsbət mövqe açıqlayandan sonra Ukrayna öz səfirini geri çağırmışdı.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |