Şrift:
Er. SSR-də 1921-1937-ci illərdə yüksək dövlət vəzifələrində işləyən Türk ziyalıları (1)
11.06.2014 [11:41] - Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
1921-ci ildə Rus bolşevizmi saxtakarlıqla yaratdığı Ermənistan respublikası adlandırılan məkanda erməni millətindən olanlar əhalinin iyirmi faizini təşkil etməsinə baxmayaraq, İrəvan xanlığının ərazisini erməni dövləti elan etdi. Həmin dövrdə respublikanın idarəçilik sistemində işləyə biləcək erməni ziyalısı tapmaq olmadı və erməni ziyalıları iyirmi faiz erməni əhalisinin tərkibində beş-altı nəfər rus dilində ibtidai təhsil almış nitq mədəniyyəti, yazı səriştəsi olmayan insanlardan ibarət idi. Eyni zamanda, erməni əhalisindən olan ziyalılar dövlət təşkilatlarında sənədləşmə işlərini aparmaq, əhali arasında yeni dövlət siyasətini həyata keçirmək baxımından da qabiliyyətsiz idilər. Ermənistan adlandırılan respublikanın ilkin mərhələdə dövlət dili Türk dili qəbul edilməsi imperiyanın taktiki gedişi idi. Türklərin sayca əhalinin səksən faizini təşkil etməsi də respublikada dövlət vəzifələrində tüklərin çoxluğunun zərurətini ortaya qoymuşdu. Belə bir şəraitdə imperiya Qafqazda mövqelərini bərkitmək üçün aldadıcı şüarlar irəli sürürdü: “Beynəlmiləlçilik!..”, “Qardaş millətlərin zəhmətkeş siniflərinin istismarçılara qarşı mübarizədə ümumi mənafeləri...”, “İstehsal və bölgüdə bərabərçiliyi təmin edən sosializm sistemi cəmiyyətdə dil ünsiyyətini ikinci plana atır...”, “Millət anlayışı kapitalizmin yaratdığı insanlar arasında nifaq vasitəsidir!..” ,” Hümanist mədəniyyətə malik çoxsaylı rus xalqı çarizmi devirib sosializm qurmaqla imperiya ərazisində yaşayan bütün digər xalqlara azdalıq vermişdir...” və s. Həqiqətən də, yeni yaradılmış bolşevik hakimiyyəti ilkin mərhələdə hər hansı bir milli ədavət, milli ayrı-seçkilik fikiri təbliğ edənləri təcili aradan götürməklə ermənilərlə və türklər arasında sosial birgəyaşayış həyat tərzi yarada bilmişdi. Nəriman Nərimanovun da ZSFSR –in sədri vəzifəsinə təyin edilməsi türklərdə yeni quruluşa qarşı böyük rəğbət yaratmışdı. Bu dövrdə öz doğma xalqının xilasını yalnız (gəlişi gözəl sözlər deyən) bolşevizmin irəli sürdüyü sosializm yolunda görən türk ziyalıları dövlət postlarında öhdələrinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirirdilər. ..
Yuxarıda tarixə qısa bir baxışla qarşıya qoyduğum əsas fikir ondan ibarətdir ki, Qərbi Azərbaycanın İrəvan xanlığında bolşevizm hakimiyyətinin erməni dövləti yaratmaq planı olduqca hiyləgər bir siyasətlə həyata keçirilmişdir. 1920-1937-ci illərdə dövlət rəhbərliyində vəzifələrə təyin edilən türk ziyalıları bu hiylədən baş aça bilməmişlər. Həmin dövrdə türk ziyalılarının İttifaq postlarında vəzifələr tutmaq imkanları olsa da, onların millətə, torpağa həddən çox bağlılığı bu perespektvlərin qarşısına sədd çəkmişdir. Nəriman Nərimanovun öz ətrafına inandığı ziyalılardan toplayıb Stalin-Mikoyan-Beriya üçlüyünə qarşı mübarizə aparmaq imkanı olsa da, belə bir tədbir onun ağlına gəlməmişdir. O son nəfəsində dediyi “Koba!..” ifadəsi Stalinin ( Kobanın) ona qarşı nə vaxtsa, sui- qəst hazırlayacağını bilirmiş. Belə bir təhlükəni hiss edən Nəriman Nərimanov Stalini əvvəlcədən güllələsəydi daha xeyirli olardı, Onsuz da, ölüm təhlükəsiindən yayına bilməzdi. Bundan əlavə, “Üçlüyə” başçılıq edən Stalini öldürsəydi, gələcək fəlakətlərin böyük miqyasını kiçiltmiş olardı... Nə isə, olan-olub, keçən keçib, bizim əlimizdən gələn acı olsa da, İrəvan xanlığnda sovetlər dönəmindəki hadisələri xatırlamaqla millətçilər tərəfində məhv edilmiş ziyalılarımızı yad etməkdir. Bu yöndə ardıcıl olaraq həmin şəxsiyyətlər haqqında saytda məlumat yazılar verəcəyik.

BALA İBRAHİM OĞLU ƏFƏNDİYEV

1883-cü ildə Gəncə Quberniyası Qazax qəzasının Çaykənd kəndində (Krasnoselo rayonu) ruhani ailəsində anadan olub. Əmisi molla Məhəmməd Balanı əvvəl kənddə rus məktəbinə hazırlığa qoymuş və 1908-ci ildə Qazax şəhərinin Dağkəsəmən rus məktəbinə qəbul olmaqla 19 yaşında məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə bakıya gəlir və Zabrat “Molot” zavodunda , sonra Şubanı mədənlərində fəhlə işə düzəlir. 1916-cı ildə “Avropa şirkəti”nin neft mədənlərində gecə növbətçisi işləməklə siyasi tədbirlərə qoşulur. Zəkalı bir ziyalı və siyasi fəal kimi Balaxanı-Sabunçu rayon fəhlələrinin ümumi yığıncağında mədən-zavod komitəsinə katib seçilir. Öz təşəbbüsüilə inqilabi ruhlu əsgər və fəhlələrdən ibarət min nəfərlik milis dəstəsi təşkil edir. 1917-ci ildə Sabunçu partiya təşkilatında RSDF(b)P sıralarına qəbul edilir. 1918-ci ildə Bakı Soveti İcraiyyə Komitəsinin üzvü, may ayında Bakı qəzasının komissarı təyin edilir.
B. Əfəndiyev apardığı böyük hazırlıq əsasında 1920-ci ilin 20 mayında Çənmərəyin Mixaylovka (Krasnoselo) kəndində və qonşu kəndlərdə daşnak hökumətinin bu rayonda saxlanan silahlı dəstələri yerli türklərin köməyilə tərkisilah edilib.
Bala Əfəndiyev 1921 –ci ildə Er. KPMK-nın və MİK Rəyasət Heyətinin üzvü və daxili işlər komissarının müavini vəzifəsində çalışır. 1926-28 –ci illərdə Er.SSR İctimai Təminat Komissarı vəzifəsinə irəli çəkilir. Eyni zamanda, “Rəncbər”, “Zəngəzur” qəzetlərinin məsul redaktoru, Əlifba komitəsinin sədri və Ümumittifaq Əlifba Komitəsinin üzvü olub.
Bu dövrdə B. Əfəndiyev ermənilərin millətçilik pisixologiyasının şahidi olur, dəfələrlə rəhbərlərlə toqquşur. Artıq başa düşür ki, bolşevik ermənilər əsil daşnak ermənilərdir. Zəkalı və bacarıqlı türk ziyalısının əyilməzliyini görən erməni rəhbərləri onu Ermənistandan uzaqlaşdırmağa nail olurlar.
1929-cu ildə Azərbaycanda partiya işinə göndərilən B. Əfəndiyev bir sıra vəzifələrdə işlədikdən sonra Azərbaycan SSR Fəhlə-kəndli Müfəttişliyi Xalq Komissarının birinci müavini vəzifəsinə təyin edilir. 1932-33-cü illərdə Zaqafqaziya Xalq komissarının müavini vəzifəsində çalışır.
1935-37 –ci illərdə B.Əfəndiy Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi işləyən
dövrdə dövlət vəzifələrində işləyən türk zyalılarına qarşı repressiya kütləvi hal almışdı. Başda Stalin olmaqla Mikoyan-Beriya antitürkizmi kabusu N. Nərimanovdan sonra Türk zəkalarını bir-bir aradan götürməyə başladılar. Həmin qara kabusun məhv etdiyi zəka sahibi, nüfuz və şəxsiyyətə malik soydaşlarımızdan biri də Bala İbrahim oğlu Əfəndiyev oldu...

Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed