11.06.2014 [12:16] - Gündəm, Mədəniyyət
İyunun 17-də Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Birliyin mətbuat katibi Xəyal Rza “Media forum” saytına deyib ki, qurultayda qonaqlarla bərabər 550 nəfərdən çox şəxsin iştirakı gözlənir. Xaricdən 60-a yaxın qonağın gələcəyi bildirilir.
Qurultayda Yazıçılar Birliyinə sədr seçkisi keçiriləcək. 1934-cü ildə yaradılmış AYB-yə 1987-ci ildən indiyə qədər yazıçı Anar rəhbərlik edir. Xəyal Rza bildirib ki, sədrliyə namizədlik haqqında heç bir məlumat yoxdur: “Anar müəllim də namizədliyi haqda qərar verməyib. Sədr bildirib ki, qərarını qurultay ərəfəsi açıqlayacaq. Əgər namizədliyini versə, təbii ki, Anar müəllimin namizədliyini dəstəkləyən çox olacaq”.
Yazıçı Seyran Səxavət “Media forum” saytına deyib ki, o, indiki sədrin yenidən seçilməsi tərəfdarıdır: “Əslində kimin sədr seçiləcəyi haqqında fikirləşmirəm. Adam bilmir bir saatdan sonra nə baş verəcək. Həmişə təşkilati məsələlərdə proqnoz verməyin əleyhinə olmuşam. Bir həftədən sonra hər şey məlum olacaq. Amma Anarın birlik üçün kifayət qədər xidmətləri olub. Anar 26 il əvvəl sədr seçiləndə biz gəncləri bu xəbər çox sevindirdi, yeni nəslə müraciət edilirdi. Yazıçılar Birliyini bu neçə ildə Anar saxladı. Bəzən birliyin nəyə lazım olduğu haqda danışırlar. Biz həmişə odu qoyub küllə oynayırıq. Bu da xüsusilə bizə çox təhlükəlidir. Bakı küləklər şəhəridir, o kül nəfəsimizə, gözümüzə dolub bizi zəhərləyər”.
Şair Baba Vəziroğlu deyib ki, həmişə köhnə dəyərləri qorumağın tərəfdarıdır: “El fəlsəfəsi var, təzə gələn heç vaxt gedəni əvəz eləmir. Təzə gələn gedənin atasına rəhmət oxutdurur. Ona görə Anar müəllim öz namizədliyini versə, təbii ki, dəstəkləyəcəyəm. Yazıçılar Birliyi elə qurumdur ki, hər şey pərdə arxasında baş verir. Tarix boyu belə olub, çünki kökdən belə gəlib. Bu qurumun kökünü keçmiş KQB qoyub. Ona görə son qərar qəbul edilənə qədər heç nəyi proqnozlaşdırmaq lazım deyil. Hər şey qəfil baş verir. İndi Yazıçılar Birliyi də o ittifaq deyil. Mən ancaq qurultaylarda iştirak edirəm. Çünki davalı olan yerdən uzaq gəzirəm. Gecə-gündüz müxtəlif qruplar mediada bir-birini tənqid, ən çox da təhqir etməklə məşğuldur ”.

Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |