Şrift:
Naxçıvanda nə baş verir?
11.06.2014 [15:21] - Gündəm, Hərb
Müdafiə Nazirliyi erməni hücumu xəbərinə aydınlıq gətirdi

Növbətçi Bu gün Azərbaycan mətbuatında ermənilərin Naxçıvana hücuma keçmələri barədə məlumatlar yayılıb.Yayılan xəbərlərdə bildirilir ki, Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndinin sakinləri kəndi boşaltmaq məcburiyyətində qalıb.

Hətta digər məlumatda bildirilir ki, ərazidəki Kola adlı yüksəkliyi ermənilər nəzarətə götürüblər. Qeyd edək ki, bir neçə gün əvvəl ermənilərin Naxçıvana kimyəvi hücum hazırlaması və irimiqyaslı hücum hazırlığı ilə bağlı xəbərlər də yayılmışdı.

Kənd sakinləri onu da bildiriblər ki, ermənilər Naxçıvanda cəbhəboyu hərəkətə keçiblər. Hazırda qızğın döyüşlər gedir.

Xəbərlərə aydınlıq gətirmək istədik və Naxçıvan Muxtar Respublikası sakinləri ilə əlaqə saxladıq. Sakinlərin ANS PRESS-ə bildirdilər ki, hazırda rayonda sakitçilikdir. Həyat öz axarı ilə gedir. Heç bir problem yoxdur.

Məsələ ilə bğlı Müdafiə Nazirliyilə əlaqə saxladıq. Müdafiə Nazirliyindən ANS PRESS-ə bildirdilər ki, yayılan məlumatlar şayiədir. Bu tipli xəbərlərin heç bir əsası yoxdur. Belə məlumatların yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed