Şrift:
III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinə start verilib
12.06.2014 [14:02] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışma Azərbaycan, Balkanlar, Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Xakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Cümhuriyyəti daxil olmaqla, 20-dən artıq ölkəni əhatə edəcək: “III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsi türk dillərindən birini bilən və yarışmaya qatılmaq istəyən hər kəs üçün açıqdır. Yazarlar hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, yazı zamanı istifadə etdikləri türkcəyə uyğun münsiflər heyətinə müraciət edə bilərlər. Müsabiqə 2 turdan ibarətdir. I tur ayrı-ayrı ölkələrdə keçirilir. Ölkələr üzrə mükafatlandırılma üç yerdən ibarətdir. Ölkələrdən birinci yer tutanların əsərləri Türkiyə türkcəsinə çevrilərək, Türkiyə türkcəsini bilmək şərtilə ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim ediləcək. Ölkələrdə əsərlər sentyabrın 30-dək təqdim edilə bilər, ölkələr üzrə qaliblərin adları noyabrın 1-də açıqlanacaq. Ölkələrarası mükafatların təqdimatı dekabrda Bakı olacaq”.

İştirakçılar müsabiqə üçün əsərlərini “525-ci qəzet”in redaksiyasına təqdim edə bilərlər.

Yarışmaya ən çox iki hekayə təqdim etmək olar və təqdim ediləcək hekayələrin ən azı on min, ən çoxu otuz min işarə həcmində olması şərtdir.

Ölkələr üzrə birinci yer üçün 1000 TL, ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub. Beynəlxalq mükafatlar isə məbləği isə ilk yerin sahibi üçün 10 000 TL, sonrakı yerlər üçün müvafiq olaraq 7500 TL və 5000 TL təşkil edir. Beynəlxalq həvəsləndirici mükafatın məbləği isə 2500 TL-dir.

Müsabiqə Türkiyə Cümhuriyyəti Bakanlık Tanıtma Fondunun dəstəyi ilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed