12.06.2014 [16:30] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ prezidentinin mənəvi müşaviri Coel Hanter İran İslam Respublikasında səfərdə olub, bu ölkədə konfransa qatılıb və bir sıra rəsmilər, ruhanilər, alimlərlə görüşlər keçirib. İran tərəfi və Coel Hanter bu xəbəri təsdiqləyib.
Coel Hanter keşişdir. O, mayın 26-da Tehranda “İbrahimi dinlər baxımından radikalizmdən və zorakılıqdan kənar bir dünya” mövzusunda keçirilən konfransda iştirak edib. Coel Hanteri Tehran səfərində ABŞ-ın din xadimlərindən ibarət heyət müşayiət edib.
Bir həftə İranda qalan Coel Hanter və heyət üzvləri İran parlamentinin sədri Əli Laricani, ölkənin dini lideri ayətullah Əli Xamneyinin müşavirləri, Qum dini dairəsinin yüksək rütbəli ruhaniləri, İran Elmlər Akademiyasının rəhbərləri, xristian və yəhudi icmasının başçıları ilə görüşərək danışıqlar aparıb. Onun danışıqlarının əsas mövzusunun dini tolerantlıq məsələsi olduğu bildirilir.
ABŞ prezidentinin mənəvi müşavirinin İrana səfəri əvvəlcə gizli saxlanıb. Yalnız səfər başa çatandan bir neçə gün sonra xəbər mediaya sızıb.
“Media forum” saytının məlumatına görə, iyunun 11-də İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt jurnalistlərə açıqlamasında Coel Hanterin İrana səfər etdiyini təsdiqləyib.
Jurnalistlərlə söhbətində ona “Deyilənlərə görə, Coel Hanter İran prezidenti Həsən Ruhanidən ABŞ prezidenti Barak Obamaya bir mesaj aparıb. Bu haqda nə deyə bilərsiniz” sualı da verilib. Məhəmmədbağır Nobəxt sualı belə cavablandırıb: “Biz heç nəyi xalqdan gizlətmirik. Obamanın mənəvi müşaviri Ruhanidən ona hər hansı mesaj aparmayıb. Güman edirəm ki, buna ehtiyac da yoxdur. Ölkə prezidentinin bütün söhbətləri və mesajları açıqdır”.
Məsələ ilə bağlı Coel Hanterin də açıqlaması yayılıb. O deyib ki, İrana bu ölkənin dini rəsmilərinin dəvəti ilə gedib. Coel Hanter Tehranda konfransa qatıldığını və İranda bir sıra görüşlər keçirdiyini söyləyib.

Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |