13.06.2014 [12:05] - Gündəm, Siyasət
CNN Türk kanalının canlı yayımına bağlanan Türkiyə BMM-nin millət vəkili Sinan Oğan ilginc məlumat verib.
Azərbaycanda da yaxşı tanınan Sinan Oğan bir gün öncə Böyük Millət Məclisində qanun müzakirə edilərkən, müzakirələrə ara verilməsini və Mosul konsulluğunun təhlükə altında olmasına münasibət bildirilməsini istəyib. S.Oğanın sözlərinə görə, onun informasiyasını ciddiyə almayan AKP-li millət vəkilləri bu müzakirəyə mane olublar.
Daha sonra Sinan Oğan Mosuldakı türk konsulluğunun bir güllə belə atılmadan İŞİD (İraq-Şam İsalm Dövləti) terrorçularına təslim edildiyini bildirib və qeyd edib ki, güllə atılmaması və qapıların terrorçuların üzünə açılması göstərişi Ankaradan gəlib. O, konsulluğun təhlükəsizliyinə cavabdeh olan 30 polisin Ankaradan gələn tapşırıqla bir güllə belə açmaması və təslim olması barədə əlində olan təkzibedilməz faktları ictimaiyyətə təqdim edəcəyini də bildirib.
Xatırladaq ki, Türkiyənin Mosuldakı konsulluğunun bütün əməkdaşları – Baş konsul da daxil olmaqla cəmi 49 nəfər – ötən gün İŞİD terrorçularına girov düşüblər. Hazırda Türkiyənin tələbi ilə NATO Şurası bu məsələni müzakirə edir.
Türkiyə hadisəyə münasibət bildirməsi üçün BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılmasını da tələb edib.

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |