Şrift:
Vaşinqton əsir düşən türklərlə bağlı bəyanat yaydı
13.06.2014 [12:09] - Gündəm, Siyasət
ABŞ İraqın Mosul şəhərində əsir götürülən Türkiyə vətəndaşlarının azad edilməsi üçün yardım etməyə hazırdır. Bu barədə dünən Ağ Evin nümayəndəsi Djoş Ernest bildirib.
"Biz Türkiyə və İraq hökumətləri ilə əlaqə saxlayırıq və onlara lazimi şəkildə kömək etməyə hazırıq", - o, deyib.

Onun sözlərinə görə, ABŞ İraq Şam İslam Dövləti döyüşçlərinin artan hücumlarından narahatdır: "Son 24 saat ərzində vəziyyət xeyli pisləşib".

Xatırladaq ki, Türkiyənin Mosuldakı konsulluğunun bütün əməkdaşları – Baş konsul da daxil olmaqla cəmi 49 nəfər – ötən gün İŞİD terrorçularına girov düşüblər.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed