Şrift:
Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə namizəd olacağını açıqlayıb
13.06.2014 [12:31] - Gündəm, Mədəniyyət
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar qurumun iyunun 17-də keçiriləcək qurultayında yenidən sədrliyə namizədliyini irəli sürəcək.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Anar bildirib ki, namizədliklə bağlı ona çoxsaylı suallar ünvanlansa da, o, indiyədək qərarını açıqlamamışdı: “Anar müəllim bildirib ki, Yazıçılar Birliyinin növbəti beş ildə sədrliyi üçün qurultaya öz namizədliyini irəli sürəcək. Qurultay nümayəndələri onu yenidən bu postda görmək istəsələr və səs versələr, əlbəttə, yenidən sədr postunda seçilmək istəyər”.

X.Rza əlavə edib ki, birliyin 80 illik yubileyi münasibətilə xalq yazıçısı və digər fəxri adlarla bağlı təqdimatlar artıq göndərilib.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed