13.06.2014 [13:18] - Xəbərlər, Sosial
2013-2014-cü tədris ilində Təhsil Nazirliyində bir sıra struktur islahatları aparılıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, nazirlikdə yeni İnformasiya şöbəsi, Tədris resursları şöbəsi, İnsan resursları şöbəsi, Daxili nəzarət şöbəsi, İlk peşə və orta ixtisas təhsili şöbəsi formalaşdırılıb.
Qeyd olunub ki, nazirlik tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə baxımından gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti-146) və Vətəndaşların Qəbulu Mərkəzi istifadəyə verilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Hər iki mərkəzin fəaliyyəti üzrə toplanan statistik
məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.
2013-cü il ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt, Şirvan şəhərləri, Lənkəran Siyəzən, Şamaxı, Yevlax, Ağcabədi və Siyəzən rayonlarında təhsil naziri tərəfindən 800-dək vətəndaş qəbul edilib. Müraciətlərin 70 faizi müsbət həll olunub.
Ötən il Təhsil Nazirliyinə ümumilkdə, 60 976 sənəd daxil olub. Bunlardan 25 672-si məktub, 27 259-u ərizə, 4 145-i faks və teleqram, 3 900-ü elektron müraciətlərdən ibarətdir.

Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |