Şrift:
Azərbaycanda illik inflyasiya 8%-ə düşüb
14.12.2011 [15:30] - İqtisadiyyat
Bu ilin noyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayı ilə müqayisədə 1,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabr ayına nisbətən noyabrda ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, xidmət tarifləri isə 0,1% bahalaşıb.

«Cari ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə inflyasiyanın səviyyəsi 8% təşkil edib. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 10,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, xidmət tarifləri isə 4,7% bahalaşıb», - deyə Komitədən bildirilib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 8,3% olub.

Qeyd edək ki, Azərbaycan hökuməti 2011-ci ildə inflyasiyanın 8% təşkil edəcəyini proqnozlaşdırır.
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed