Şrift:
Ukrayna-Rusiya sərhədində qanlı döyüş gedir
13.06.2014 [13:52] - Gündəm, Hərb
4 Ukrayna hərbçisinin, 5 separatçının öldüyü bildirilir

Ukrayna-Rusiya sərhədində separatçılarla ordu qüvvələri arasında gedən döyüşlərdə 4 hərbçi ölüb. Bu barədə Ukrayna Hərbi Siyasi Təhqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk deyib. Onun sözlərinə görə, qızğın döyüşlər zamanı 4 əsgər ölüb, 31 nəfər isə ağır yaralanıb.

O, bildirib ki, düyüşlərdə separatçılar da itkilər verib. Lakin onların sayı dəqiq bilinmir.

Son məlumatlara görə, Mariopul şəhərində genişmiqyaslı antiterror əməliyyatlarına yenidən start verilib. Əməliyyatlar zamanı 5 separatçının öldüyü, 2 tank, 3 BTR və 2 silahla dolu yük maşının məhv eildiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed