Şrift:
“Azərbaycan iqtisadiyyatının aktual problemləri” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olmuşdur
14.06.2014 [10:15] - Xəbərlər, Bildiriş
Azərbaycan iqtisad elminin müdrik ağsaqqalı, akademik Əhməd Mahmudovun “Azərbaycan iqtisadiyyatının aktual problemləri” adlı II cilddən ibarət kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olmuşdur.
Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzetinin yaradıcı kollektivi tərəfindən hazırlanmış ikicildliyin baş elmi redaktoru Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadədir. Kitaba akademik Əhməd Mahmudovun iqtisadiyyatın və iqtisad elminin aktual problemlərinə dair rus dilində nəşr olunmuş əsas əsərləri daxil edilmişdir. I cilddə Azərbaycanda kənd təsərrüfatı istehsalının effektivliyi və əkinçiliyin intensivləşdirilməsi problemləri nəzərdən keçirilir. II cilddə isə Sovet hakimiyyəti illərində kəndin inkişafı və Azərbaycanın sosial-iqtisadi tərəqqisi məsələlərinə, habelə xalq təsərrüfatının strukturunun effektivliyi problemlərinə həsr edilmişdir. İkicildliyin sonuncu bölməsində iqtisad elminin inkişafının aktual məsələləri nəzərdən keçirilir.
Rəşad Sahil
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed