14.06.2014 [11:26] - Gündəm, Hadisə
İŞİD (İraq və Şam İslam Dövləti) qruplaşmasının silahlı dəstələri ötən gün daha iki şəhəri ələ keçiriblər. Diyala əyalətinin Calaula və Əs-Səudiyyə şəhərləri ekstremistlərin nəzarətinə keçib.
Calaula əyalətin inzibati mərkəzi olan Bəəkübə şəhərindən 70 kilometr şimal-şərqdə, paytaxt Bağdaddan isə 115 kilometr aralıda yerləşir. Adıçəkilən şəhərlərin müdafiəsini təmin edən ordu və polis hissələrinin müqavimət göstərmədən şəhəri tərk etdiyi bildirilir.
Xatırladaq ki, “İraq və Şam İslam Dövləti” qruplaşmasının silahlı dəstələri ölkənin Mosul və Tikrit kimi böyük şəhərlərini ələ keçirərək paytaxt Bağdada hücum etmək niyyətində olduqlarını bəyan ediblər.

Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |