Şrift:
İran İraqa xüsusi təyinatlı üç batalyon göndərdi
14.06.2014 [12:59] - Gündəm, Güney Azərbaycan xəbərləri, Hərb
İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) aid xüsusi təyinatlı “Qüds” bölməsinin üç batalyonu “İraq-Şam islam dövləti” adlanan terrorçu qruplaşmanın dəstələrinə qarşı vuruşmaq üçün İraqa göndərilib.

“Qüds” bölməsindən birinin İraq ordusu ilə birlikdə Tiqrit şəhərinin azad olunması prosesində hərbi əməliyyatlar apardığı bildirilir. Digər iki batalyon iyunun 11-də Kərbəla və Nəcəf şəhərlərinə yollanıb. “Qüds” komandanı briqada generalı Qasım Süleymani də İraqdadır.

İraq dövlətinə qiyam qaldıran “İraq-Şam islam dövləti” adlanan terrorçu qruplaşmanın döyüşçüləri Mosul və Tiqrit şəhərlərini ələ keçirib. Onlar paytaxt Bağdadı tutmağı planlaşdırır.
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed