17.06.2014 [11:08] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Ankara Universitetində təhsil alan güneyli fəal və müasir tarix tədqiqatçısı Babək Şahid “Amerikanın Səsi”nə müsahibədə cümhuriyyətdən sonrakı dönəmlərdə Türkiyə mediasında Güney Azərbaycan və ümumiyyətlə İran coğrafiyasında yaşayan türklərin məsələsini gündəmə gətirən jurnalistlər və alimlər haqda danışıb.
Babək Şahid cumhuriyyətin ilk onillərində "Liberal Türkçülər" kimi tanınan yazarlar və jurnalistlərin Türkiyə mediasında güney haqqında yaydıqları yazılar, həmçinin 1945-46 illərində qurulmuş Azərbaycan Milli Höküməti və İran İslam İnqilabından sonra güneydə yüksək nüfuz sahibi olmuş Müsəlman Xalq Hərəkatı ilə bağlı yazılan xəbərlər və məqalələrə diqqət çəkir.
Araşdırmaçının dediklərinə görə, cümhuriyyətin ilk onilliyində güney və İran türkləri ilə bağlı xüsusilə liberal türkçülər tərəfindən yazılmış bir çox məqalə Türkiyə qəzetlərində yayılıb. Ancaq 1930-cu illərdə türkçülük fəaliyyətləri məhdudlaşdırılınca bu növ yazılar daha çox universitetlər və akademik dərgilərdə yayıla bilib.
Şahid bu sırada Türkiyə mediası və akademik dərgilərdə İran türkləri haqqında yazmış yazarlardan Ruşeni bey, Mirzə Bala Məmmədzadə, Nizaməddin Təbrizli, Sənan Azər (Məhəmməd Sadıq Aran), Əhməd Cəfəroğlu, Zəki Vəlidi Toğan, Nihal Atsız və Həbib Sahir kimi araşdırmıçalar və alimlərin adlarını çəkir.
“1945 ilində Akşam qəzetində Güney Azərbaycan və Azərbaycan Demokrat Firqəsi ilə ilgili xəbərlər və raporlar (quzarişlər) yayılıb. Ayətullah Şəriətmədarı ilə əlaqəli olaylar da Türkiyənin Milliyət qəzetində əks edilib,” deyə Xoylu fəal söyləyir.
Babək Şahid eləcə də son dönəmlərdə Türkiyə mediasında güney məsələsinə keçmişdə olduğu kimi yer verilməməsinin səbəbləri ilə bağlı öz düşüncələrini “Amerikanın” Səsi ilə paylaşır.
“Gerçəkdən bizlər burada xəbərləri bizim məsələləri əks etmək istəyən mediaya çatdırmaq üçün çaba göstərmişikmi?” deyə sual edən Şahid Türkiyədə yaşayan güneyli fəalların bu sahədə yetərli fəaliyyət göstərmədiklərini qeyd edib.
O, həmçinin media üzərində nüfuz sahibi olan super güclərin qoyduqları təsir haqqında danışır.
Babək Şahid səbəblərin birini güneyli milli fəalların Türkiyədəki siyasi qruplarla düzgün əlaqə qura bilmədiklərinə bağlayır.
“Üçüncü nədən Türkiyədə sağ kəsimin bizi yaxşı anlamamasıdır. Ya biz yaxşı anlada bilməmişik ya da onlar yaxşı anlamayıblar,” deyə o əlavə edir.
Güneyli öyrənci yaxın gələcəkdə Türkiyə mediasının Güney Azərbaycan məsələsinə yetərli yer verəcəyinə inandığını söyləyir.
AUDİOnu qaynağımız olan aşağıdakı LİNKi tıklayaraq dinlərə bilərsiniz:
http://www.amerikaninsesi.org/content/m%C3%BCasir-t%C3%BCrkiy%C9%99-medias%C4%B1nda-iran-t%C3%BCrkl%C9%99ri-audio-m%C3%BCsahib%C9%99/1936037.html

Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |