17.06.2014 [11:27] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
16-18 iyun 2014-cü il tarixdə Bakıda NATO Parlament Assambleyası 86-cı ROUZ-ROUT seminarı keçirilir.
“Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirinin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” panelində müzakirə zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev NATO-nun transmilli təhdid olan Qarabağ probleminə susqunluğuna etiraz etdi.
Çıxışın tam mətni və audio yazını təqdim edirik:
Çox təşəkkür edirəm, cənab sədr!
Mən Araz Əzimova xüsusi təşəkkürümü bildirirəm ki, Azərbaycanla bağlı mövqeyini çox konkret olaraq bildirdi. Əslində burda gedən müzakirələrdə mən Ermənistan tərəfinin verdiyi mövqe və münasibətlərə heç bir yanaşma bildirmədən, sadəcə NATO-nun təsisatına münasibətimi və sualımı ünvanlayacam. Çünki Ermənistan tərəfinin mövqeyi aydındır, Ermənistan dövləti işğalı əvvəldən planlaşdıran bir dövlət siyasəti yürüdür. Bu siyasəti onlar heç gizlətmirlər də və qonşu dövlətlərin ərazilərində bir dövlət qurmaq üçün dənizdən-dənizə ideyasını ortaya qoyubdurlar. Bu gün də gerblərində qonşu dövlət olan Türkiyənin ərazisinin - Ağrı dağın şəkili var. Yəni Ermənistan tərəfinin mövqeyi aydındır. Amma məni düşündürən başqa bir məsələdir ki, nəyə görə NATO təsisatı özünün bütün prinsiplərinə zidd olaraq bu məsələdə biganə mövqe tutur və bugünkü gedişatda da göründüyü qədər bu təsisat daha çox məsələləri çiynindən atmaq və tərəflərin üzərində məsələlərin gəzişməsini təmin eləməklə məşğuldur. Hər halda bu məndə belə bir təəssürat yaradıbdır. Çünki mütəmadi olaraq NATO təsisatı öz fəlsəfəsinə uyğun olaraq 49-cu ildə yarananda o şüarla yarandı ki, kommunist rejimləri bir revanşist siyasət yürüdüb bir imperiya qurarlarsa və azadlıqları, dövlətlərin müstəqilliyini aradan aparmağa çalışarlarsa, buna qarşı bir müdafiə bloku yaransın. Bəşəriyyatin sabitliyini təmin eləsinlər.Bugün Qarabağ məsələsi artıq transmilli təhdiddir və bunu hər kəs etiraf etməlidir. Çünki əslində savaş Azərbaycan və Ermənistan arasında getmir. Əslində savaş yeni dünya düzənini qurmaq istəyən müasir sivil dünya ilə şər üçbucağı arasında gedir. Və əslində Ermənistan Rusiyanın əlində bir maşadır və bu maşa ilə yeni dünya düzəninin Azərbaycan adlı məkandan Yaxın və Orta Şərqə transfer olunmasının qarşısını almağa cəhd edir.
Mən sualıma keçirəm.
Mən istəyirəm sual verim ki, bütün bunları bilərəkdən, nə üçün NATO özünün davranışlarında susqunluq nümayiş etdirir? Axı NATO müəyyən vaxtlarda vəziyyətə uyğun olaraq transformasiya siyasəti yürüdübdür. Məsələn, mən bunu bildirim ki, 52- ci ildə Lissabon sammitində qəbul olunub, məhdud mühafizə strategiyası, 54-cü ildə qəbul olunub - kütləvi zərbə strategiyası, 67-ci ildə qəbul olunub elastik zərbə strategiyası. Bunlar daha çox texniki hərbi sahələrdir, doğrudur. Amma soyuq müharibədən sonraki dövrdə də siyasi konseptual bazada da NATO-nun yanaşmaları olubdur. Nədən Qarabağ məsələsi ciddi təhdid olduğu halda və bu bəşəriyyətin bütövlükdə təhlükəsizliyinə təhdid olduğu halda NATO bu məsələlərdə susqunluq nümayiş elətdirir və yaranmış vəziyyətə uyğun olaraq yeni transformasiya siyasəti yürütmür.
Təşəkkür edirəm
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1426 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |