Şrift:
İranla ABŞ arasında İraqdakı vəziyyətlə bağlı müzakirələr olub
17.06.2014 [12:54] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranla ABŞ arasında İraqdakı vəziyyətlə bağlı müzakirələr həyata keçirilib.

İranın “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, danışıqlar iyunun 16-da Vyanada İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Avropa Birliyinin xarici işlər və təhlükəszilik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və ABŞ dövlət katibinin müavini Uilyam Börns arasında keçirilmiş üçtərəfli görüş zamanı baş tutub. Ancaq müzakirələrin detalları barədə məlumat verilməyib.

Bundan əlavə, İran xarici işlər naziri M.C.Zərif britaniyal həmkarı Uilyam Heyqlə də İraq mövzusunda telefonla danışıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri ölkəsinin İraq mövzusunu İranla müzakirə etməyə hazır olduğunu bəyan edib.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed