15.12.2011 [11:46] - Gündəm
Azərbaycanın tanınmış yazıçı-publisisti Rafiq Tağının ölümü ilə bağlı ekspertizanın yekun rəyi açıqlanıb.
Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib ki, mərhumun ölümünə səbəb, döş qəfəsinin, daxili üzvlərinin çoxsaylı kəsilmiş deşilmiş yaraları və bununla bağlı aparılmış cərrahi əməliyyatdan sonra inkişaf edən süs gedişli seroz, nazik bağırsağın atoniyası, eləcə də hər iki ağ ciyər divar plevrası ilə bitişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyi, ürəkdə infarktdan sonra iri ocaqlı kordeskleroz, ürək əzələsinin qalınlaşması, bunların kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək ağ ciyər çatışmazlığı olub.
Ş. Musayev mərhumun ailə üzvlərinin Patoloji Anatomiya Birliyinə dəvət edildiyini və ekspertizanın rəyi ilə bağlı onlara ətraflı məlumat verildiyini qeyd edib. Ölüm haqqında şəhadətnamə də mərhumun ailəsinə təqdim edilib.
Qeyd edək ki, noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı ilk əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləyib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edilib, konkret tapşırıq və tövsiyələr verilib. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.

Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |