19.06.2014 [11:14] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin 7-ci prezidenti Kenan Evren ömürlük həbsə məhkum edilib.
96 yaşlı keçmiş prezidentlə yanaşı hərbi hava qüvvələrinin keçmiş komandanı Tahsin Şahinkaya da ömürlük həbs cəzası alıb.
Şahinkayanın 89 yaşı var.
Evren və Şahinkaya 1980-ci ilin hərbi çevrilişində oynadlıqları rola görə ömürlük həbs cəzası alıblar.
Onlar həmin çevrilişə başçılıq ediblər. O vaxt Kenan Evren ordunun baş qərargah rəisi idi. 1982-cüi ildə yeni Konstitusiya (Anayasa) qüvvəyə minəndən sonra Evren 1989-cu ilə qədər Türkiyənin prezidenti olub.
Onların məhkum olunması Erdogan hökumətinin konstitusiyaya dəyişiklik etməsindən sonra mümkün olub. Həmin dəyişiklik bu şəxslərin toxunulmazlığını götürdü.

Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |