Şrift:
Belarus peyki Azərbaycanın yerüstü idarəetmə mərkəzi vasitəsilə idarə olunacaq
19.06.2014 [11:17] - Gündəm, Bildiriş
Belarusun "Belintersat" peyk operatoru peykin ehtiyat idarəetmə mərkəzi kimi "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ehtiyatlarından istifadə etməkdə maraqlıdır. Bu barədə cümə axşamı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
"Belintersat" rəhbərliyi "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin işi, onun infrastrukturu, iş prinsipləri ilə tanış olub. Danışıqların gedişində tərəflər kosmik sənaye sahəsində əməkdaşlıq məsələlərinə toxunublar.
Belarusun peyk rabitəsi sistemi özünün "Belarus Sat-1/Belintersat-1" rabitə peyki bazasında qurulacaq. "Belarus Sat-1/Belintersat-1" telekommunikasiya xidmətlərinin (peyk TV və radio yayım, internetə genişzolaqlı çıxış və s.) geniş spektrinin təqdim edəcək.
Hazırda "Belarus Sat-1/Belintersat-1" peykinin yerüstü idarəetmə kompleksinin tikintisi aparılır və işlərin onun buraxılacağı tarixdə (2015-ci ilin ortalarında) tamamlanması planlaşdırılır.
Belintersat" tərəfindən Çinin "Great Wall Industrial Corporation" şirkətinə sifariş edilən "Belintersat-1" peykinin 2015-ci ildə 51,5° Şərq uzunluğu orbital mövqeyinə buraxılması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed