19.06.2014 [11:21] - Gündəm, Siyasət
Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər çərçivəsində daxil olacaq.“Trend” in yaydığı məlumata görə, bunu çərşənbə günü Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkar Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə bildirib.
S.Lavrov deyib: "İnteqrasiya (həmgərayi) prosesləri Gömrük İttifaqına daxil olan bütün ölkələr ərazisində həyata keçirilir. Dağlıq Qarabağ belələrinə aid deyil, lakin razılaşdırılmış prinsiplər əsasında aparılan danışıqların mövzusudur".
Onun sözlərinə görə, Ermənistan bundan əvvəl də həmin inteqrasiya proseslərində BMT-nin tanıdığı sərhədlər çərçivəsində iştirak etdiyini bəyan edib: "Bu, eynilə Avrasiya prosesi çərçivəsində də baş verəcək".
Azərbaycanın Avrasiya İttifaqına daxil olmasının perspektivləri (çəşməndaz) haqqında sualı cavablandıran rusiyalı nazir qeyd edib ki, Azərbaycana Avrasiya İttifaqına daxil olmaqla bağlı rəsmi dəvət göndərilməyib. Amma Moskva tərəfdaşlarının Avrasiya məkanına maraq göstərməsinə daim şaddır

Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |