19.06.2014 [11:27] - Gündəm, Türk dünyası-Turan
İyunun 20-də Qırğızıstanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin IV müşavirəsində Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın iqtisadiyyat nazirləri, həmçinin qurumun baş katibi Xəlil Akınçı iştirak edəcək. Müşavirədə türkdilli dövlətlər arasında səmərəli iqtisadi əlaqələrin inkişafı, müvafiq müqavilə-hüquq bazasının yaradılması, türkdilli xalqlar arasında birliyin daha da gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |