Şrift:
ABŞ-ın vitse-prezidenti Rusiyanı yeni sanksiyalarla hədələyib
19.06.2014 [13:21] - Gündəm, Siyasət
ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanı yeni sanksiyalarla hədələyib.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, C. Bayden və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı olub.

ABŞ-ın ikinci adamı bəyan edib ki, Moskva Ukraynanın şərqində separatçıların zorakılığını dayandırmaq üçün öz təsirindən istifadə etməsə, ABŞ bu ölkənin əlavə zərərlərə məruz qalması üçün öz müttəfiqləri ilə iş aparacaq. “ABŞ-ın vitse-prezidenti Ukrayna dövlət başçısının ölkənin şərqində sülh və sabitliyin bərpası üçün göstərdiyi ciddi səylərini qətiyyətlə dəstəkləyib”, - deyə Ukrayna prezidentinin saytına bildirilib.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed