Şrift:
Müdafiə naziri Zakir Həsənov Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və "Rosoboroneksport"un rəhbərləri ilə görüşüb
19.06.2014 [15:10] - Gündəm, Hərb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Anatoli İsaykini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edən müdafiə naziri, dövlətlərin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z. Həsənov, Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.

Qonaqlar isə Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıblar.

Sonra Azərbaycan-Rusiya hərbi və hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed